
Özbəkistan vətəndaşı Seulda rekord qiymətə 5,09 milyon dollara lüks mənzil alıb
Özbəkistan vətəndaşı Cənubi Koreyada əcnəbilər üçün daşınmaz əmlak alqı-satqısı üzrə rekorda imza ataraq, Seulda yaşayış kompleksində 5,1 milyon dollara elit mənzil alıb. Bu barədə “Korea Herald” qəzeti yazır.
Özbəkistan vətəndaşı Seulun Banpo Xi rayonunda 2024-cü ilin sonunda 7,4 milyard vona (5,09 milyon dollar) satılan dəbdəbəli mənzilin sahibi olub. “The Korea Herald” daşınmaz əmlak reyestrinin məlumatlarına istinadən xəbər verir ki, bu, ərazidəki daşınmaz əmlak üçün rekord məbləğdir.
Nəşrin məlumatına görə, 41 yaşlı Özbəkistan vətəndaşı yaşayış kompleksinin 26-cı mərtəbəsində 244 kv.m sahəsi olan mənzil alıb.
Cənubi Koreyanın Milli Daşınmaz Əmlak Reyestrinin məlumatına görə, əməliyyat 2024-cü ilin noyabrında baş tutub və mülkiyyətin ötürülməsi 28 fevral 2025-ci ildə tamamlanıb. Sövdələşmə bir ay əvvəl 7,1 milyard vona satılan 21-ci mərtəbədəki oxşar mənzildən 300 milyon von (təxminən 206 min dollar) baha idi.
Nəşr bildirir ki, Özbəkistan vətəndaşı kredit və ya maliyyələşdirmədən istifadə etmədən əmlakın pulunu tam ödəyib ki, bu da onun nağd şəkildə ödənildiyini göstərir.
Qəzet qeyd edir ki, ənənəvi Koreya təbabəti üzrə ixtisaslaşmış klinika sahibinin Daşkənd ünvanında qeydiyyatdan keçib. Koreyanın başqa bir nəşrinə görə, söhbət Özbəkistan-Koreya şərq təbabəti mərkəzindən gedir. Mərkəz ənənəvi təbabətin populyarlaşdırılması, o cümlədən özbək həkimlərinin akupunktur üzrə hazırlanması ilə məşğuldur. Nəşrdə alıcı A kimi göstərilir.
Banpo Xi yaşayış kompleksi 3410 mənzildən ibarətdir və bir çox koreyalı məşhurlara ev sahibliyi edir. Rieltorun sözlərinə görə, iri şirkətlərin xarici top-menecerləri bu ərazidə daşınmaz əmlak almaqdan daha çox kirayə verirlər.
Cənubi Koreyada ən çox əmlak sahibləri Çin (52 798 əmlak, 55,5%), ABŞ (21 360, 22,5%), Kanada (6225, 6,5%), Tayvan (3307, 3,5%) və Avstraliya (1894, 2%) vətəndaşlarıdır.
Əziz Mustafa, Oxuməni.az