
İstanbul meri İmamoğlunun saxlanılması fonunda türk lirəsi ucuzlaşıb
Türkiyə lirəsi İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda minimumunu yeniləyib. Bu barədə “RİA Novosti” ticarət məlumatlarına istinadən xəbər verir.
İndi bir amerikan dollarına 41 türk lirəsi verirlər. Bundan əlavə, İstanbul birjasında kotirovkalar 7% ucuzlaşıb.
Bakı vaxtı ilə saat 11.46-a olan məlumata görə,bir dollar türk lirəsi qarşısında 10,54% bahalaşaraq, əvvəlki bağlanış səviyyəsi olan 36,6825 lirədən 40,55 lirəyə yüksəlib.
“Baza” Telegram kanalının məlumatına görə, Türkiyə hakimiyyəti kütləvi etirazlara hazırlaşır. Bütün əsas sosial şəbəkələr bağlanıb, İstanbulda polis qərargahının yaxınlığındakı metro stansiyaları bağlanıb.
Martın 19-da “NTV” telekanalı Türkiyə polisinin korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində İstanbul meri Ekrem İmamoğlunu saxladığını bildirib.
Almaz Həsənli