“Qalatasaray”-“Marsel” oyunu: tribunada Azərbaycan bayrağı göründü, ermənilərin başına hava gəldi
Ötən gün sentyabrın 30-da axşam Fransanın Marsel şəhər stadionunda Türkiyənin “Qalatasaray” futbol klubu ilə yerli “Marsel” klubu arasında keçirilmiş oyundan sonra tribunada Azərbaycan bayrağının qaldırılması qarşıdurmaya səbəb olub.
Oxuməni.az xəbər verir ki, oyun 0-0 hesabı ilə başa çatıb, Fransanın idman naziri Rohana Marasineaunun da izlədiyi oyundan sonra iki komandanın azarkeşləri arasında qarşıdurma başlayıb. Belə ki, “Marsel” tərəfdarlarının olduğu tribunada klubun həyatını itirən azarkeşi Klementin xatirəsini anmaq istəyiblər, bu zaman tribunada Ermənistan bayrağı qaldırılıb.
Bunun ardınca türk azarkeşlərin olduğu qarşı tribunada Azərbaycan bayrağı qaldırılıb, “Marsel” azarkeşləri arasında olan çoxsaylı ermənilər bunu görərək türk azarkeşlərə tərəf məşəllər, oturacaqlar atıblar. Türk azarkeşlər də onlara cavab verib, iki klubun azarkeşləri arasında əlbəyaxa dava da olub. Qarşıdurmaya polis müdaxilə edib, stadiona ciddi ziyan dəydiyi bildirilir.
Qeyd edək ki, Marsel Fransada ermənilərin sıx yaşadığı şəhərdir.