Fransa - Mərakeş oyunundan sonra Belçika və Fransada iğtişaşlar baş verib

Fransa - Mərakeş oyunundan sonra Belçika və Fransada iğtişaşlar baş verib

15 Dekabr 2022 21:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 15-nə keçən gecə Brüsseldə futbol azarkeşləri Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Fransa və Mərakeş arasında keçirilən yarımfinal oyunundan sonra iğtişaş törədiblər.

Oxuməni.az xəbər verir ki, polis 100-ə yaxın adamı asayişi pozduğuna, iki polis maşınına ziyan vurduğuna və qadağan olunmuş füşəngləri daşıdığına görə həbs etmişdir. Belçika paytaxtının mərkəzi ərazilərində nəqliyyatın hərəkəti, ehtiyat tədbiri olaraq dayandırılıb. Hüquq-mühafizə orqanları ilə toqquşmalar Antverpendə də baş verib, polis orada da həbslər aparmışdır.

Fransada komandalarının dünya çempionatındakı uğurları ilə bağlı azarkeşlərin sevinci nəzarətdən çıxmışdır. Belə ki, Parisdəki Yelisey meydanında azarkeşlərlə polis arasında qısamüddətli toqquşmalar olub. Ölkənin cənubundakı Monpelye şəhərində hər iki komandanın azarkeşləri bir-birinə fişənglər atıblar, bir neçə avtomobilə ziyan dəyib və polis gözyaşardıcı qazdan istifadə edib.

Emin Axund: Oxuməni.az