«WhatsApp»-a yeni funksiya: Hər kəs kanal aça bilər

«WhatsApp»-a yeni funksiya: Hər kəs kanal aça bilər

9 Oktyabr 2023 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

«WhatsApp» keçən ay elan etdiyi kanallar xüsusiyyətini inkişaf etdirməyə davam edir. Bu yaxınlarda kanal axtarış funksiyasını sınaqdan keçirdiyini açıqlayan şirkət indi hər bir istifadəçiyə «WhatsApp» kanalı yaratmağa imkan verəcək yeni funksiya üzərində işləyir.

«WhatsApp» sentyabr ayında kanallar funksiyasını bütün dünyada əlçatan etdiyini elan etdi.

Kanallar xüsusiyyəti sayəsində istifadəçilər izlədikləri kanallar vasitəsilə ən son yeniliklərdən yazılı və ya vizual şəkildə məlumatlandırıla bilirlər.

«App Store»-da yayımlanan ən son yeniləmə ilə «WhatsApp» hazırda yalnız «iOS» cihazı istifadəçilərinə kanal yaratmağa imkan verir. Önümüzdəki həftələrdə «Android» cihaz istifadəçilərinə gəlməsi gözlənilən xüsusiyyət sayəsində artıq hər bir istifadəçi öz kanalını yarada biləcək.

Tətbiqin son yeniləməsi ilə «WhatsApp» istifadəçilərə kataloqu açmadan izlənilən kanalları və digər təsdiqlənmiş kanalları tez tapmağa imkan verən axtarış funksiyasını təqdim edib.

Murad Şahməmməd