Ağır xəstəlikdən sonra islam dinini qəbul etdi...

Ağır xəstəlikdən sonra islam dinini qəbul etdi...

14 İyun 2019 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

50 yaşlı İman Parsiya yalnız son altı aydır ki, müsəlman adı daşıyır və bu Ramazanda o, ilk dəfə oruc tutub.

"The National" nəşrinin dərc etdiyi məqalədə söhbət filippinli bir xanımdan gedir. O, 4 il öncə ilk dəfə məscidi ziyarət edib. Ancaq onda Yaradana iman haqqında ciddi düşünməyə əsas bu il yaranıb.

Parsiya çiyninin quruması- hərəkətsiz qalması səbəbi ilə həkimə gedib. Ancaq ona vurulan iynə anafilaktik şoka səbəb olub. Filipinli qadının gözləri tutulub, onda qıcolmalar və ürək tutmaları başlanıb. Həkimlər Parsiyanı yalnız möcüzə sayəsində xilas edib.

"İmanım məni xilas etdi. İki həftə öncə ürək tutması keçirdiyimdə tələffüz edə biləcəyim yeganə söz "Allah" oldu"- İman belə deyir.

İslamı yenicə qəbul etmiş filippinli xanım müsəlman olmaqdan şərəf duyduğunu dilə gətirir:

"Mən hər an ölə bilərdim və bu, məni Yaradan haqqında daha çox bilmək istədiyimi anlamağa vadar etdi. Birbaşa deyə bilərəm ki, Allahı özümün xilaskarı kimi qəbul etdim və mən müsəlman olmaqdan qürur duyuram..." Moderator.az