Bu ay iki ulduz axını olacaq

Bu ay iki ulduz axını olacaq

4 Oktyabr 2019 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.

Oxumeni.az xarici mətbuata istinadən xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq.

Göydə təxminən saatda on ulduz axını görünəcək.

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq.

Oxumeni.az