Xristianlar İndoneziyada donuz festivalı keçirəcək

Xristianlar İndoneziyada donuz festivalı keçirəcək

11 Oktyabr 2019 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan İndoneziyada vəziyyət gərginləşib.

Oxumeni.az xarici mediaya istinadən xəbər verir ki, müsəlman turistləri cəlb etmək üçün ölkədə “halal turizm” layihəsi tətbiq olunmağa başlayıb. Buna etiraz edən xristian kütlə isə donuz festivalı keçirmək qərarına gəlib. Ölkənin xristian əhalisi məşhur “Peppa Pig” cizgi filmindəki obrazları bu festivalın simvolu seçib.

Qeyd edək ki, festival 25-26 oktyabr tarixlərində keçiriləcək.

Oxumeni.az