14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi

14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi

12 Oktyabr 2019 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.

Həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.

O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.

Oxumeni.az-a açıqlama verən Aydın Süleymanlı təəssüratlarını bölüşüb: "Qalib gəldiyim üçün sevincliyəm. Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonra onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".

Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.

Oxumeni.az