“Fransa adı gələndə başım fırlanır” - Ağasəlim Mircavadov+Video

“Fransa adı gələndə başım fırlanır” - Ağasəlim Mircavadov+Video

16 Oktyabr 2019 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Televiziyada Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan “3 D” verilişinin budəfəki qonağı futbol mütəxəssisi Ağasəlim Mircavadov olub.

Oxumeni.az xəbər verir ki, verilişdə Mircavadova millimizin və futbolumuzun hazırkı durumu ilə bağlı suallar ünvanlanıb.

Verilişdə həmçinin AÇ-1996-nın seçmə mərhələ oyunlarında Fransaya 10:0 hesablı məğlubiyyətdən də söz açılıb. Həmin vaxt yığmanın baş məşqçisi olan Mircavadov hələ də adıçəkilən matçı unutmadığını bildirib: “Fransa adı gələndə başım fırlanır. Nə vaxtsa yığmamız onları məğlub etsə, sağ olsam, millidə oynayan həmin uşaqları öpüb-qucaqlayacam”.

Həmin görüntüləri 14:40-cı dəqiqədən etibarən izləyə bilərsiniz:

Oxumeni.az