İllərdir zirzəmidə yaşayaraq qiyaməti gözlədilər - Dünya şokda

İllərdir zirzəmidə yaşayaraq qiyaməti gözlədilər - Dünya şokda

16 Oktyabr 2019 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın Drente bölgəsində olduqca qəribə hadisə baş verib.

Oxumeni.az xəbər verir ki, polis illərdir ətrafı meşə ilə əhatə olunmuş evin zirzəmisində yaşayan ata və 4 uşağı xilas edib. Məlumata görə, uzun saqallı 20 yaşlı gənc kəndin mərkəzinə gələrək, sakinlərdən kömək istəyib. O, 9 ildir ilk dəfə insanlar arasında çıxdığını bildirib.

Dərhal əraziyə gələn polislər, zirzəmidəki insanları xilas edib. Uşaqların 18-25 yaş arasında olduğu bildirilir. Onların niyə belə həyat tərzi sürdüyü məlum deyil. Uşaqlar ümumiyyətlə dünyada başqa insanların varlığından xəbərsiz olublar. Polis bağ evini 9 il əvvəl icarəyə götürən 58 yaşlı şəxsi nəzarətə götürüb.

Yerli media hadisəni, “illərdir zirzəmidə yaşayaraq qiyaməti gözləyənlər” başlığı ilə təqdim edib. Hadisənin səbəbləri araşdırılır.

Oxumeni.az