Yaponiyada qasırğa qurbanlarının sayı durmadan artır - Video

Yaponiyada qasırğa qurbanlarının sayı durmadan artır - Video

17 Oktyabr 2019 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada günlərdir hökm sürən "Haqibis" qasırğası səbəbindən ölənlərin sayı 77 nəfərə çatıb.

Oxumeni.az xarici mətbuata istinadən xəbər verir ki, təbii hadisə zamanı azı 13 nəfər itkin düşüb, 340-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar.

10 mindən çox evə ziyan dəyib. 13 prefekturada 138 min ev susuz, 34 min ev işıqsız qalıb.

Oxumeni.az