Dağıstanda Joker peyda oldu: o maska taxıb əlində balta ilə məktəbə girdi - VİDEO

Dağıstanda Joker peyda oldu: o maska taxıb əlində balta ilə məktəbə girdi - VİDEO

18 Oktyabr 2019 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanın Ulluay kənd sakini Joker maskasında məktəbə gələrək müəllimlərdən musiqinin səsini azaldılmasını tələb edib. Təhsil müəssisəsinin işçiləri polis çağırıblar.

Levaşinski rayonu üzrə Rusiya DIN-nin polis işçiləri hadisə yerinə gələrək 33 yaşlı yerli sakini saxlayıblar. Polislər “Instagram”da onun ifadələrinin videoyazısını dərc ediblər.

Kişi izah edib ki, məktəbdən gələn güçlü musiqi səsi onun uşağının yatmasına mane olurdu. O qaynaq işləri görəcəyi sahəyə gedərkən yolüstü məktəbə girib və musiqinin səsini azaltmağı xahiş edib. O işini görməkdən ötrü maska geyib və əlinə balta ilə çəkic götürüb.

Kişi “Joker” filmi və onun qəhrəmanı haqqında məlumatı olmadığını bildirir.

Oxumeni.az