Azərbaycan Respublikasında pensiya və pensiyaçılar

Azərbaycan Respublikasında pensiya və pensiyaçılar

21 Oktyabr 2019 19:45
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ildə Azərbaycan Respublikasında minimum pensiya və pensiyaçıların sayının dinamikası barədə ətraflı tanış ola bilərsiz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində cari ilin 1 oktyabrından etibarən ölkəmizdə əmək pensiyasının minimum məbləği 25% artıb.

Artımın edilməsi üçün illik 216 milyon manat əlavə vəsait ayrılıb. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edib. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldilib.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

2019-cu ildə Azərbaycan Respublikasında minimum pensiya və pensiyaçıların sayının dinamikası barədə ətraflı tanış ola bilərsiz.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)