ABŞ HƏYƏCAN İÇİNDƏ: 5 ayrı bölgəyə bomba qoydular

ABŞ HƏYƏCAN İÇİNDƏ: 5 ayrı bölgəyə bomba qoydular

28 Oktyabr 2019 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York şəhərində bomba həyəcanı yaşanır.

Oxumeni.az xəbər verir ki, Nyu-York Polis Təşkilatı (NYPD) Manhetten bölgəsində yerləşən 5 ayrı yanğınsöndürən və təcili tibbi yardım mərkəzində bomba təhdidi olduğunu açıqlayıb.

Gecə saatlarında yaşanan həyəcandan sonra polis müvəqqəti olaraq həmin əraziləri təxliyə edib.

Yanğınsöndürən Təşkilatının mətbuat katibi Ceyms Lonq bomba xəbərdarlığının əsassız olduğunu qeyd edib. Xəbərdarlığın kimlər tərəfindən verildiyi bilinmir.

Faktla bağlı araşdırmalar aparılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)