Dünyanın ən yaşlı sakini vəfat etdi

Dünyanın ən yaşlı sakini vəfat etdi

31 Oktyabr 2019 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən yaşlı sakini Tənzilə Bisembeyeva 123 yaşında Rusiyanın Həştərxan vilayətində dünyasını dəyişib. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Rossiyskaya qazeta” xəbər verib.

Bisimbeyeva 1896-cı il martın 14-də Qazaxıstanda anadan olub, uzun illər Rusiyada yaşayıb. Qadın Rusiyanın Rekordlar kitabına düşüb.

Hazırda, Ginnesin Rekordlar kitabının versiyasına görə, dünya rekordunu 116 yaşlı yaponiyalı uzunömürlü qadın Kane Tanaka qoruyub saxlayır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)