Depressiya ilə mübarizə aparan cihazlar satışa çıxarıldı

Depressiya ilə mübarizə aparan cihazlar satışa çıxarıldı

1 Noyabr 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada depressiya ilə mübarizədə kömək edəcək cihazlar satışa çıxarılıb. Onlar zəif eletrik boşalması ilə xəstəliyin simptomlarını yüngülləşdirəcək. Oxumeni.az-ın məlumatına görə, bu barədə “New Scientist” yazıb.

Yenilik qeyri-invaziv müalicə üsulu tətbiq edir – dəriyə cərrahi müdaxilə olunmur. Zəif elektrik boşalması beynin ön hissə nahiyəsini stimullaşdıracaq.

Qadjetin çalışması üçün telefona “virtual terapevt” mobil əlavəsini yükləmək lazım olacaq. Cihazdan isə 6 həftə ərzində hər seansı 30 dəqiqə olmaqla 18 dəfə istifadə olunmalıdır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)