XXI əsrdə yarım milyard insan okean sularının altında qalacaq

XXI əsrdə yarım milyard insan okean sularının altında qalacaq

1 Noyabr 2019 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Yer kürəsində yarım milyard insan okean sularının altında qala bilər.

“Climate Central” təşkilatının alimlərinin verdiyi proqnoza görə, XXI əsrdə təxminən 340-480 milyon insan daşqınların qurbanı ola bilər.

Bu ehtimal əvvəlki hesablamalardan təxminən üç dəfə daha dəqiqdir. Okean sularının daşması nəticəsində suyun altında qalacaq ərazilərin siyahısı genişlənib, bu yerlərdə iqtisadi və humanitar fəlakətlərin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

NASA peykləri vasitəsilə aparılan hesablamalar zamanı dəniz səviyyəsinin qalxdığı müəyyən olunub.

Qeyd edək ki, öncəki proqnozlarda okean daşqınları nəticəsində 95-170 milyon insanın ziyan görəcəyi təxmin edilirdi.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)