Dünya bu fotolardan danışır

Dünya bu fotolardan danışır

5 Noyabr 2019 15:00
Bəyəndim (1) Bəyənmədim (0)

Günlərdir Çilinin paytaxtı Santyaqoda hökumətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Oxumeni.az xəbər verir ki, nümayişçilərlə polislər arasında baş verən toqquşmalar zamanı faciəvi anlar yaşanıb. Belə ki, radikal qruplar yollarda barrikadalar quraraq polislərə hücum ediblər. Onlar daşla yanaşı molotof kokteylindən də istifadə ediblər.

Atılan molotof kokteyllərindən ikisi iki qadın polisə dəyib. Onlardan birinin boyun, digərinin isə baş nahiyyələri bir anda alovlanmağa başlayıb. Göz yaşları içərisində qalan polisləri kişi həmkarları xilas etməyə çalışıblar.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)