NASA nasist ideologiyası ilə səsləşdiyi üçün asteroidin adını dəyişib

NASA nasist ideologiyası ilə səsləşdiyi üçün asteroidin adını dəyişib

13 Noyabr 2019 15:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) “New Horizons” missiyasının tədqiq etdiyi “2014 MU69” transneptun asteroidinin adını dəyişib. Amerikalılar rəsmi adı “Appokot” olan göy cisminin qeyri-rəsmi “Ultima Tule” köhnə adını nasist ideologiyası ilə səsləşdiyi üçün rədd ediblər. Oxumeni.az xəbər verir ki, bu barədə “New Scientist” nəşri məlumat yayıb.

“New Horizons” zondu kosmosa göndərildikdə mütəxəssislər onun hansı məqsəd daşıdığını dəqiq bilmirdilər. İlkin versiyada onun Plutonu və planetin peyki Haronu tədqiq etməsi nəzərdə tutulurdu. Lakin sonradan NASA əlavə hədəflər müəyyən etməli olub. Burada “Hubble” teleskopunun 2014-cü ildə kəşf etdiyi transneptun asteroidi öz rolunu oynayıb. NASA missiyanı məhz ona yönəldib.

Əvvəlcə astronomlar asteroidi “PT1” (potensial hədəf) adlandırıblar. Sonra onu qeyri-rəsmi olaraq antik mifologiyaya görə dünyanın ən sonunda yerləşən adanın şərəfinə “Ultima Tule” adı ilə qeyd ediblər. Lakin 2018-ci ildə “Newsweek” jurnalının reportyoru diqqətə çatdırıb ki, bu ad təkcə qədim yunanlar tərəfindən istifadə olunmayıb. XX əsrdə həmin adanın adı nasist ideologiyasının təbliğinin rəmzlərindən biri olub. Faşistlər “Ultima Tule”ni ari irqinin vətəni kimi qələmə verirdilər. Uzunmüddətli diskussiyalardan sonra NASA asteroidin adını dəyişib. Yeni – “Appokot” adının mənası qədim hindu tayfalarının dilində səma mənasını verir. Pouxatan adlı hindu qəbiləsi isə “New Horizons” zondunun idarəetmə mərkəzinin yerləşdiyi Merilend ştatının ərazisində məskunlaşıb.

“Appokot” uzunluğu 30 kilometr olan asteroiddir və qırmızımtıl qar adamına bənzəyir. Onun səthində metanol və buz izləri, habelə üzvi molekullar var. Asteroidin orbitdə tam dövr vurması 293 il ərzində baş verir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)