İsraildən geri aldığı torpaqlarda namaz qıldı – Video

İsraildən geri aldığı torpaqlarda namaz qıldı – Video

13 Noyabr 2019 15:38
Bəyəndim (3) Bəyənmədim (0)

İordaniya Kralı II Abdullah İsraillə sərhədə gəlib ordusu ilə birgə namaz qıldı.

Oxumeni.az euronews-a istinadən xəbər verir ki, İordaniya Kralı II Abdullah İsraillə sərhədə Baqura bölgəsinə gəlib və ordusu ilə birgə “Zöhr” (günorta) namazı qılıb.

Məsələyə münasibət bildirən İsrail baş naziri Benyamin Netanyahu, İsrailin İordaniya ilə tam sülh şəraitində yaşamaq tərəfdarı olduğunu və İordaniyanın bu ərazilərə tam sahiblik hüququnun olduğunu qeyd edib.

Xatırladaq ki, Ğamr və Baqura bölgələri 1950 və 1967-ci illərdə İsrail tərəfindən işğal edilmiş, uzun çəkişmədən sonra 1994-cü ildə 25 illik müqavilə ilə müvəqqəti istifadə üçün İsrailə verilmişdir. Dünən noyabırın 11-də 25 illik müqavilənin vaxtı bitərək ərazinin sahiblik hüququ yenidən İordaniyaya qayıtmışdır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)