Elektron siqaret daha bir ölkədə can aldı

Elektron siqaret daha bir ölkədə can aldı

16 Noyabr 2019 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Elektron siqaret Belçikada 18 yaşlı oğlanın həyatına son qoyub.

Oxumeni.az-ın “MİR 24”ə istinadən məlumatına görə, o, bu ölkədə veypinqin ilk qurbanı olub. Veypə olan böyük həvəs cavan oğlanda kəskin pnevmoniyanın inkişafına gətirib çıxarıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il 50 milyona yaxın insan elektron siqaretdən istifadə edir.

Qeyd edək ki, veypinq ABŞ-da bu günədək 40-a yaxın insanın həyatına son qoyub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)