Liviya və Somali səyahət üçün ən təhlükəli ölkələrdir

Liviya və Somali səyahət üçün ən təhlükəli ölkələrdir

19 Noyabr 2019 16:15
Bəyəndim (1) Bəyənmədim (0)

Liviya və Somali səyahət üçün dünyanın ən təhlükəli ölkələri hesab olunur.

Oxumeni.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, beynəlxalq ekspertlər qrupu turistlər üçün təhlükəli və təhlükəsiz ölkələri göstərən interaktiv xəritə hazırlayıb. Reytinqin hazırlanmasında üç meyar - yol hərəkətinin təhlükəsizliyi, cinayətkarlıq səviyyəsi və tibbi xidmətin keyfiyyəti əsas götürülüb.

Liviya və Somali ilə yanaşı, Əfqanıstan və Venesuela da üç meyar üzrə aşağı qiymət alıb.

Turistlər üçün ən çox risk terror və xalq üsyanları təhlükəsinin yüksək olduğu Qvineya, Serra-Leone, Liberiya, Suriya, Yəmən, İraq və Nigeriyanın bir sıra rayonlarındadır. Yol-nəqliyyat hadisələri ilə ən çox Venesuela, Tailand, Vyetnam və bir sıra Afrika ölkələrində qarşılaşmaq olar.

Turistlər təhlükəsiz istirahətlərini Finlandiya, Norveç və İslandiyada keçirə bilər. Skandinaviya ölkələrində qəzaya düşmək, xəstələnərkən adekvat müalicə almamaq, həmçinin terror təhlükəsi ilə üzləşmək riskləri çox azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)