Hitlerin evi polis bölməsi olacaq

Hitlerin evi polis bölməsi olacaq

20 Noyabr 2019 10:36
Bəyəndim (1) Bəyənmədim (0)

Avstriya höküməti Üçüncü reyxin lideri Adolf Hitlerin doğulduğu evdə polis bölməsinin fəaliyyət göstərəcəyi ilə bağlı açıqlama verib. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Deutche Welle” yazıb.

Binanın taleyi bir neçə il ərzində həll olunub. Belə ki, bir vaxtlar onun neomillətçilər üçün müqəddəs abidəyə çevrilməməsi üçün əvvəlcə onu sökmək istəyirdilər.

Qeyd edək ki, 2017-ci ildə hökümət binanı keçmiş sahibindən 812 min avroya alıb. Əvvəlcə qadına 1,5 milyon avro məbləğində kompensasiya ödənilib, lakin Maliyyə Prokurorluğu bu cür qərarla razılaşmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)