Siqaret çəkən adamın ağciyərinin qorxunc görüntüsü yayıldı - Video

Siqaret çəkən adamın ağciyərinin qorxunc görüntüsü yayıldı - Video

20 Noyabr 2019 15:42
Bəyəndim (4) Bəyənmədim (0)

Çinin Çyansu əyalətində həkim ölmüş xəstəsinin ağciyərinin videosunu sosial şəbəkədə paylaşıb.

Sürətlə yayılan video “siqaret çəkməyin ən yaxşı antireklamı” adlandırılıb.

Həkim Çenq Cinqyunun bunu etməkdə məqsədi siqaret çəkməyin ağciyərə necə mənfi təsir etdiyini göstərmək olub.

Oxumeni.az-ın xəbərinə görə, 52 yaşlı mərhum 30 il siqaret çəkib.

O, öldükdən sonra ağciyərini donor olaraq bağışlamaq istəyib, lakin uzun müddət siqaret çəkdiyi üçün onun ağciyəri donora yararlı olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)