Çində üçüncü vəba halı qeydə alınıb

Çində üçüncü vəba halı qeydə alınıb

20 Noyabr 2019 16:27
Bəyəndim (2) Bəyənmədim (0)

Məlumata əsasən Çində vəba xəstəliyinin üçüncü halı qeydə alınıb. 28 nəfər epidemiya təhlükəsi nəticəsində Daxili Monqolustan bölgəsinin karantin ərazisində saxlanılır.

Çin hökuməti, Daxili Monqolustan bölgəsinin iki sakininin Pekində ağciyər vəbası xəstəliyindən müalicə olunduğunu deyib. Hökumət səlahiyyətləri epidemiyadan qorxmamağa çağırıb. İndi eyni bölgədə “bubon” vəbası qeydə alındıqdan sonra, xəstə ilə təmasda olan 28 nəfər karantinə alınmışdır. Yeni hallar barədə məlumat verilməyib.

Qeyd olunur ki, son xəstə yediyi çiy dovşandan vəba xəstəliyinə yoluxa bilər. Xəbər verildiyi kimi, 2019-cu ilin may ayında, Daxili Monqolustan bölgəsində marmotun çiy ciyərini yeyərək “bubon” vəbasından iki nəfər dünyasını dəyişmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)