Quranı yandırmaq istədi,  müqəddəs kitabı zibilliyə atdı - Video

Quranı yandırmaq istədi, müqəddəs kitabı zibilliyə atdı - Video

21 Noyabr 2019 23:51
Bəyəndim (2) Bəyənmədim (0)

Norveçdə “Norveçin İslamlaşmasını Dayandırın” (SION) qrupu İslamın müqəddəs kitabı sayılan “Qurani-Kərim”ə qarşı təxribat törətməyə çalışıb.

Norveçin NRK telekanalının məlumatına görə, hadisə miqrantların çoxluq təşkil etdiyi Kristiansand şəhərində baş verib.

Qrupun lideri Arne Tumir müqəddəs kitabı yandırmaq istəyib. Ancaq polis buna mane olub. Bundan sonra o, iki ədəd “Qurani-Kərim”i zibil qutusuna atıb.

Norveçli fəallardan və müsəlmanlardan təşkil olunmuş 500 nəfərdən ibarət başqa qrup isə Tumirin bu hərəkətinə sərt etiraz ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)