ABŞ-da məktəb binasında 145 insan qalığı tapıldı

ABŞ-da məktəb binasında 145 insan qalığı tapıldı

22 Noyabr 2019 09:15
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Florida ştatında məktəb binasında 145 insan sümüyü tapılıb.

Oxumeni.az “BBC”yə istinadən xəbər verir ki, insan qalıqları georadarlar vasitəsilə Tamp şəhəri ərazisindəki məktəbdə aşkarlanıb. 1-1,5 metr dərinlikdə basdırılmış cəsədlərin XX əsrdə kasıbların dəfn edildiyi Ricvud qəbiristanlığına aid olduğu ehtimal edilir. Məlumata görə, dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub. Onlardan 80-i uşaqdır.

Qeyd edək ki, məktəb binasının altında qəbiristanlıq ola biləcəyi haqda məlumat oktyabrdan yayılıb. Bundan sonra mütəxəssislər axtarışlara başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)