Evdar qadınlara pul verilə bilər - Komitədən təklif

Evdar qadınlara pul verilə bilər - Komitədən təklif

22 Noyabr 2019 13:15
Bəyəndim (1) Bəyənmədim (0)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, komitə evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.

Oxumeni.az xəbər verir ki, komitə sədri son iki ildə Azərbaycanda Prezidentin təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrıldığını bildirib. “Təəssüf ki, ölkəmizdə hələ də işləməyən qadınlar var. Bəzi ölkələrdə evdar qadınların əməyinin daha yüksək qiymətləndirilməsi üçün xüsusi vəsait ayrılır. Uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az