Rusiya ordusu üçün `Terminator` hazırlanır

Rusiya ordusu üçün `Terminator` hazırlanır

24 Noyabr 2019 19:47
Bəyəndim (2) Bəyənmədim (0)

2025-ci ilə qədər Rusiyada döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.

Bu barədə ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən RİA “Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub.

“Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq”, – deyə mənbə bildirib.

Məlumata görə, qruplaşmalardan sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)