Havadakı təyyarəni ildırım vurdu

Havadakı təyyarəni ildırım vurdu

27 Noyabr 2019 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Zambiyada Livinqston-Lusaka səfərini həyata keçirən “Proflight” Hava Yollarına aid sərnişin təyyarəsini ildırım vurub.

Beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, 41 sərnişini olan təyyarəni ildırım yerdən 5800 metr yüksəklikdə uçduğu vaxt vurub. Lakin hava gəmisi pilotu tərəfindən uğurlu bir şəkildə paytaxt Lusayaka endirilib.

Qəzadan sonra çəkilən fotolarda təyyarənin burnunun və bir qanadının böyük ölçüdə zədələndiyi görünür.

Hava yolları şirkətinin rəhbəri Fil Lemba sərnişinlərin təhlükəsiz şəkildə təyyarədən endirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az