Tramp Şükranlıq günü ərəfəsində iki hinduşkanı əfv edib

Tramp Şükranlıq günü ərəfəsində iki hinduşkanı əfv edib

27 Noyabr 2019 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 28-də amerikalılar Şükranlıq gününü bayram edəcəklər. Bununla əlaqədar, müəssisə və şirkətlərin çoxu noyabrın 27-dən bağlanıb.

Oxumeni.az xəbər verir ki, ənənəyə görə, bu bayram hər il noyabrın sonuncu cümə axşamı günündə qeyd edilir. Şükranlıq günü bayramı ilk dəfə 1621-ci ilin payızında qeyd edilib. O vaxt ki, Plimut koloniyasının ilk mühacirləri bol məhsul əldə edib və bu münasibətlə üç gün bayram ediblər. Beləliklə yaranmış Şükranlıq günü ənənəsi bu gün də davam edir.

1619-1620-ci ildə qitəyə gəlmiş mühacirlərin yarısı sərt qış şəraitində soyuqdan və xəstəliklərdən həlak oldu. Yerli hindilər sağ qalan mühacirlərə yerli bitkiləri yetişdirməyi və daşlı torpağı becərməyi öyrətdilər. 3 oktyabr 1863-cü il Prezident Avraam Linkoln Şükranlıq gününü dövlət bayramı elan etdi.

Hinduşkanın ABŞ prezidentinə təqdim edilməsi ənənəsi 1947-ci ildə Prezident Trumenin vaxtında, hinduşkanın əfv edilməsi mərasimi isə xeyli sonra - 1987-ci ildə Prezident Ronald Reyqanın vaxtında yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az