Afinanın məşhur Ermu küçəsi dünyanın ən bahalı ticarət küçələri sırasında yer alıb

Afinanın məşhur Ermu küçəsi dünyanın ən bahalı ticarət küçələri sırasında yer alıb

27 Noyabr 2019 17:20
Bəyəndim (1) Bəyənmədim (0)

Afinanın məşhur Ermu küçəsi dünyanın ən bahalı ticarət küçələri sırasında yer alıb.

Oxumeni.az xəbər verir ki, ABŞ-ın “Cushman and Wakefield” daşınmaz əmlak agentliyinin məlumatına əsasən, Afinanın Ermu küçəsi dünyanın ən bahalı ticarət küçələri reytinqində yer alıb. Ermu küçəsində dünyanın ən məşhur brendlərinin mağazaları yerləşib.

Qeyd olunur ki, bu küçədə orta əməkhaqqı 3420 avroya çatıb. Eyni zamanda, ticarət obyektlərinin icarə haqqı da yüksəkdir. Siyahıda ilk yerlərdə Honqkonqun Rassel-strit küçəsi, Nyu-Yorkun Beşinci avenue küçəsi, Londonun Nyu-Bond-strit küçəsi, Parisin Yelisey Çölləri prospekti qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az