Yaponiyada sprey ilə üzə çəkilən "İKİNCİ DƏRİ" yaradıldı - Video

Yaponiyada sprey ilə üzə çəkilən "İKİNCİ DƏRİ" yaradıldı - Video

28 Noyabr 2019 13:56
Bəyəndim (2) Bəyənmədim (0)

Yapon ixtiraçıları sprey ilə bədənə çəkilən "ikinci dəri" ixtira ediblər. Bu kəşf cərrahlara işlərində kömək edəcək.

Oxumeni.az esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail yazır.

Spreylə çəkilən liflər dərinin membranına yapışır və insan dərisinə bənzər nazik bir təbəqə yaradır.

Lliflərin yaratdığı bağlar uzun müddət elastikliyini qoruyur, buna görə də "süni dəri" asanlıqla istənilən formanı ala bilir.

Hazırlanan maddə hava və nəmin keçməsinə imkan verir, bu da yaraların və cızıqların sürətlə sağalması üçün çox vacibdir.

Tərtibatçıların fikrincə, "ikinci dəri" yaraların və yanıqların sağalmasını sürətləndirir. Bundan əlavə, çapıq və xal kimi dəri qüsurlarını mükəmməl gizlədir.

Sprey yaxın zamanda 532 ABŞ dollara satışa çıxarılacaq.

Daha öncə Kolorado Universitetinin alimləri toxunuşu və temperaturun dəyişməsini hiss edə bilən "elektron dəri" yaratmışdılar.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)