Misir piramidası boyda asteroid Yer kürəsi ilə toqquşacaq - NASA

Misir piramidası boyda asteroid Yer kürəsi ilə toqquşacaq - NASA

28 Noyabr 2019 14:21
Bəyəndim (1) Bəyənmədim (0)

NASA alimləri təcili xəbərdarlıq edib: Misir piramidası boyda asteroid planetimizə tərəf uçur. Ekspertlər onu dinozavrlar dövründən bəri ən təhlükəli obyekt adlandırır.
Oxumeni.az esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, alimlərin hesablamalarına əsasən, şərti olaraq JF1 adlandırılan asteroid 6 may 2022-ci ildə Yer kürəsilə toqquşacaq.
Məlumata əsasən, asteroidin ölçüsü 128 metr təşkil edir.
Toqquşma baş versə, onun gücü trotil ekvivalentində 230 kilotona bərabər olacaqdır. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan atom bombası nəticəsində azad olunan enerjinin gücü trotil ekvivalentində 15 kiloton olub.
Belə asteroid milyonlarla əhalisi olan bir şəhəri məhv etməyə qadirdir. Lakin okeana düşərsə, zərbə dəhşətli sunamiyə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az