Buxarest qış bayramları münasibətilə 10 milyon işıqla bəzədilib

Buxarest qış bayramları münasibətilə 10 milyon işıqla bəzədilib

30 Noyabr 2019 19:15
Bəyəndim (0) Bəyənmədim (0)

Buxarest meriyası qış bayramları, Milad və Yeni il münasibətilə 10 milyon işıqla şəhəri bəzəyib.

Oxumeni.az xəbər verir ki, hər il milyonlarla yerli vətəndaşı və turistləri cəlb edən Milad bayramı yarmarkası parlament binası önündə açılıb. Bu münasibətlə keçirilən tədbirdə kulminasiya nöqtəsi bayram işıqlandırmasının yanması olub. Yarmarkada konsertlər, milli rumın yemək çeşidləri, tamaşalar, suvenirlər ziyarətçilərə təqdim olunacaq. Rumıniyanın paytaxtında quraşdırılan işıqlar 40 kilometr prospekt və küçələri əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az