Budapeşt küçələrində Milad tramvayları görünəcək

Budapeşt küçələrində Milad tramvayları görünəcək

1 Dekabr 2019 16:47
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gündən etibarən Milad bayramının sonuna qədər Budapeştin küçələrində qədim tramvaylar görünəcək. Ənənəyə görə, bu tramvaylar həm içəridən, həm də bayır tərəfdən işıqlandırılacaq.

Oxumeni.az xəbər verir ki, əvvəllər həmin tramvaylar yalnız bir marşrut üzrə - Dunay çayının sahili boyunca hərəkət edirdilər. Bu dəfə isə, Macarıstan paytaxtının sakinləri və qonaqları şəhərin müxtəlif hissələrində bu tramvaylara minə biləcəklər.

Ağ və göy rəngli “soyuq” diod lampaları ilə işıqlandırılan Milad tramvaylarının görkəmi qış gecələrində əsl bayram əhvalı yaradacaq.

Bu ənənənin tarixi çox da qədim deyil.

Bu il yeddinci dəfə rels üzərinə çıxacaq Milad tramvaylarında gediş haqqı adi tramvay, avtobus və trolleybuslarda olduğu qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az