Doğuşun qadağan edildiyi, hər kəsin silahla gəzdiyi adalar - Fotolar

Doğuşun qadağan edildiyi, hər kəsin silahla gəzdiyi adalar - Fotolar

3 Dekabr 2019 10:52
Bəyəndim (1) Bəyənmədim (0)

Şimal Qütb dairəsində yerləşən, qar və buzlaqlar diyarı Şpitsberqen arxipelağı zəngin yabanı həyatı və coğrafiyası ilə diqqət çəkir.

Oxumeni.az xəbər verir ki, xüsusilə Şpitsberqen və Lonqyir adalarındakı həyat diqqətçəkicidir. Bu bölgə həm də "qadağalar adası" da adlandırılır.

"Şpitsbergen" adı "təpəli təpələr" mənasını verir. Bu adı adaya 1956-cı ildə Şimal Dənizi rotasını axtararkən adanı təsadüfən kəşf edən hollandiyalı Uilyam Barents verib. Adaları daha əvvəl 1194-cü ildə Vikinqlərin də kəşf etmə ehtimalı irəli sürülür. Çünki Svalbard adı (Şpitsberqen) ilk dəfə X VƏ XI əsrdəki İslandiya dastanlarında çəkilir.

Adaların ümumi sahəsi 39 min kvadrat kilometrdir. 450 kilometr uzunluğu, 225 kilometr eni var.

Şpitsberqen iyunda dünyada 24 saat günəşin üfüqdə olduğu məhdud sayda yerlərdən biridir. Arxipelaqda 2 minədək insan yaşayır. Lonqyir adasında isə bir universitet fəaliyyət göstərir.

Şpitsberqendə 5 fəsil var: yaz, yay, payız, qaranlıq qış və normal qış. Qaranlıq qış və ya qütb gecəsi kimi tanınan fəsildə günəş çıxmır və fevral-mart ayları alaqaranlıq olur.

Normal qışda isə göy üzü və təbiət mənzərəsi saatlara görə rəngini dəyişir.

Arxipelaqda yaşayan insanların çoxu turizm və ya kömür mədənlərində işləmək məqsədilə gələnlərdir.

Arxipelaqda maraqlı qadağalardan biri burada qadınlara doğuşun icazə verilməməsidir. Səbəbi isə onların kişilərdən təcrid olunmasının qarşısını almaqdır. Təqaüd yaşına çatanların da adalarda yaşaması qadağandır. Onlar axipelaq idarəçiləri tərəfindən başqa adalardan göndərilirlər.

Digər qaydaya görə, arxipelaqdakı hər kəs silahla gəzməlidir. Bu, insanları Qütb ayılarının hücumlarından qorumaq üçündür. Silah ayıları öldürmək üçün yox, havaya atəş açmaq üçün lazım olur.

40-dək ölkənin burada məskən salmaq hüququ var. Bu qərar 1920-ci ildə "Svalbard müqaviləsi"ndən sonra verilib. Ancaq bu gün həmin hüququndan Rusiya və Norveç istifadə edir.

Lonqyir və Şpitsberqen rəsmi olaraq Norveçin sərhədləri daxilində hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az