Ölən kaşalotun qarnından 100 kiloqram tullantı çıxdı
Şotlandiya sahillərində tapılan ölü kaşalotun qarnından 100 kiloqram müxtəlif məişət tullantısı çıxıb.
Qasırğa 13 metrlik balinanı Harris adası yaxınlığında dayazlığa tullayıb. Heyvan dayaz suda 2 saat can verib.
Hadisə yerinə gələn mütəxəssislər tədqiqat apararaq kaşalotun qarnını yarıblar. Oradan balıq torları, şlanqlar, plastik qab-qaşıq çıxıb, zibilin ümumi çəkisi isə 100 kiloqram olub.
Ehtimal olunur ki, bunlar okeana balıq gəmilərindən tökülüb.
Alimlərin fikrincə baş verən anoloji tapıntılar dünya okeanının təhlükədə olduğunu göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər