Dəhşətli kadrlar: Şir zoopark işçisinin qolunu parçaladı + Video

Dəhşətli kadrlar: Şir zoopark işçisinin qolunu parçaladı + Video

13 Dekabr 2019 15:28
Bəyəndim (1) Bəyənmədim (0)

Pakistanın Karaçı şəhərində şir insana hücum edib.

Kannu Piraditta adlı zoopark işçisi şiri yedizdirmək istəyərək qəfəsin arasında ona ət parçaları atıb. Bu zaman heyvan işçinin qolundan yapışıb.

Oxumeni.az “The Sun”-a istinadla xəbər verir ki, hadisə qonaqların gözü qabağında baş verib.

Yaxınlıqda olan zoopark işçiləri həmkarının köməyinə gəlməyə tələsməyiblər.

Təxminən 40 saniyə şirlə mübarizə aparan kişi nəhayət qolunu qəfəsdən çıxara bilib. Onu qan içində xəstəxanaya çatdırıblar, hazırda vəziyəti stabildir.

Zoopark müdiri işçisinin təhlükəsizlik qaydalarına riayət etmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az