Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu + Video

Sinəsini böyütmək istəyən qız ömürlük əlil oldu + Video

22 Dekabr 2019 14:09
Bəyəndim (2) Bəyənmədim (0)

Koloradodan (ABŞ) olan 18 yaşlı Emmalin Nquen sinəsini böyütmək üçün həkim Ceffri Kimin çalışdığı klinikaya müraciət edib.

New York Post” bildirir ki, əməliyyat zamanı qızın ürəyi dayanıb. Xəstəxananın əməkdaşları mütəxəssis çağırmaq əvəzinə, vəziyyətdən çıxış yolunu özləri tapmağa çalışıblar, nəticədə vaxt itiriblər. Qız əməliyyat başlayandan yalnız 5,5 saat sonra xəstəxanaya çatdırılıb, lakin artıq bu müddət ərzində onun beyni ciddi zədə almışdı.

Xəstə 22 gündən sonra reabilitasiya mərkəzinə yerləşdirilib. Lakin Emmalin nə yeriyə, nə danışa, nə də müstəqil surətdə qidalana bilir.

Qızın ailəsi həkimləri məhkəməyə verməyə hazırlaşır. Nquenlərin vəkili qızın sağalmaq şansının az olduğunu bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)