Dünyanın ən yaşlı sakininin 117 yaşı tamam oldu

Dünyanın ən yaşlı sakininin 117 yaşı tamam oldu

6 Yanvar 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən yaşlı sakini yaponiyalı Kane Tanakanın 117 yaşı tamam olub.

Oxumeni.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar K.Tanakanın yaşadığı qocalar evində şənlik keçirilib.

Yaponiyalı K.Tanaka ad günü üçün hazırlanan tortu şərh edərkən bildirib: "Çox ləzzətlidir. Yenə istəyirəm".

Qeyd edək ki, K.Tanaka Ginnesin Rekordlar Kitabına 2019-cu ilin mart ayının 9-u daxil edilib. O zaman onun 116 yaşı olub.

K.Tanaka 1903-cü ildə Fukuoka prefekturasında dünyaya gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az