250 yaşlı ağac anbar + Video

250 yaşlı ağac anbar + Video

9 Yanvar 2020 08:14
Bəyəndim (1) Bəyənmədim (0)

Zaqatala rayonunda 250 yaşı olan ağac anbar hələ də işlək vəziyyətdədir.

Oxumeni.az xəbər verir ki, rayonun ucqar kəndlərindən biri olan Yengiyanda yerləşən ağac anbar vaxtı ilə insanların ən böyük yardımçısı olub.

Bu anbarda ata-babalarımız qış üçün yığdıqları tədarükü - arpa, buğda, fındıq, qoz, çəltik saxlayıblar. Anbar içindəki məhsulu sağlam saxlamaqla yanaşı, zərərverici həşəratlardan və gəmiricilərdən qoruyub.

Yengiyan kənd sakini Şaiq Əlixanov iddia edir ki, Məmmədovlar ailəsinə məxsus anbarın 250-ə yaxın yaşı var.

Ş.Əlixanov bildirir ki, “Qədimdə iri gövdəli böyük ağaclar olub. İnsanlar o ağacları kəsib, içini oyub, öz azuqələrini ora yığıblar. Anbarın aşağı hissəsində dəlik açıb, oradan lazım olan miqdarda taxıl götürəndən sonra dəliyi bağlayıblar”.

Açıq havada qalmasına və illər keçməsinə rəğmən, ağac hələ də öz orijinallığını itirməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)