Avstraliyada meşə yanğınları ilə mübarizəyə yarım milyon dollar ayırdı

Avstraliyada meşə yanğınları ilə mübarizəyə yarım milyon dollar ayırdı

10 Yanvar 2020 13:38
Bəyəndim (2) Bəyənmədim (0)

"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton Avstraliyada baş verən fəlakətdən kənarda qalmayıb.

Oxumeni.az-ın məlumatına görə, "Mercedes" pilotu "yaşıl qitə"də meşə yanğınları ilə mübarizə aparan təşkilatlara 0,5 milyon dollar yardım edib. O, imkanlı şəxslərdən analoji addımı atmalarını xahiş edib. Faunaya sevgisinin sirr olmadığını deyən Hemilton köməksiz heyvanlara laqeyd qala bilmədiyini vurğulayıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabrından yanğınlarla əlaqədar bir neçə milyon hektar meşə məhv edilib, milyardadək heyvan ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az