Dağ inəyi qatarın hərəkətini dayandırıb + Video

Dağ inəyi qatarın hərəkətini dayandırıb + Video

15 Yanvar 2020 10:32
Bəyəndim (2) Bəyənmədim (0)

Şotlandiyada “Haylend” cinsli dağ inəyi dəmir yolu xətlərinə çıxaraq qatarların hərəkətini dayandırıb.

Oxumeni.az xəbər verir ki, hadisə Qlazqo şəhəri yaxınlığında baş verib.

Nəticədə qatarların hər iki istiqamətdə hərəkətində fasilə yaranıb.

Dəmir yolu işçiləri heyvanı bir vedrə yemək ilə xətlərdən kənarlaşdıra biliblər. İnəyin yaxınlıqdakı qoruqdan qaçdığı bildirilir.

“Haylend” cinsli inəklər 19-cu əsrdə Şotlandiyada yetişdirilib. Onun qalın yunu heyvanı bərk şaxtalara dözümlü edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)