2 ada tamamilə suyun altında qaldı

2 ada tamamilə suyun altında qaldı

16 Yanvar 2020 13:53
Bəyəndim (1) Bəyənmədim (0)

İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibinə daxil olan iki ada suyun altında qalıb. Oxumeni.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə “The Straits Times” qəzeti yerli "Ətraf Mühit üzrə Forum"un təşkilatının məlumatlarına istinadən yazıb.

Buna səbəb qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin qalxması olub. Betet və Qundul adaları hazırda dəniz səviyyəsindən 1-3 metr aşağıdadır. Bildirilir ki, əgər təcili tədbirlər görülməsə, daha dörd ada su altında qala bilər.

Burunq adası artıq yox olma həddindədir, Kalonq və Salah Namao sudan təxminən 2 metr, Kramat adası isə sudan 3 metr hündürlükdədir.

Qeyd edək ki, dünyanın ən böyük arxipelaqı olan İndoneziyanın tərkibinə 18 min ada daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az