Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu - VİDEO

Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu - VİDEO

22 Yanvar 2020 14:38
Bəyəndim (0) Bəyənmədim (4)

Çoxuşaqlı ata oğlunu xilas etmək üçün koyotu yalın əlləri ilə boğub.

Bu barədə “Boston 25 News” xəbər yayıb.

Bildirilir ki, hadisə ABŞ-ın Nyu-Hempşir ştatında qeydə alınıb.

Kensiqton şəhərinin sakini İen Orayli xanımı və üç uşağı ilə gəzərkən iki yaşlı oğlu koyotun hücumuna məruz qalıb. Ata dərhal heyvanın üstünə tullanaraq, onu yerə sıxıb və əli ilə ağzını tutub.

“Bu yolla mən onu zərərsizləşdirə bildim”, - deyə ata bildirib.

Sonra isə heyvanı boğub. Oreylinin oğlu qalın geyimdə olduğu üçün zərər çəkməyib. Atanı isə heyvan əlindən və sinəsindən dişləyib.

Oxuməni.az