Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

23 Yanvar 2020 10:25
Bəyəndim (1) Bəyənmədim (0)

Alimlər qadınların kişilərdən daha çox yaşamasının səbəbini müəyyənləşdiriblər.

“The Conversation”ın xəbərinə görə, Hollandiya və Danimarka alimləri niyə qadınların kişilərdən daha çox yaşadıqları sualına cavab tapıb.

Cənubi Danimarka və Gröeningen Universitetinin alimlərinin araşdırmasına görə qadınlar orta hesabla iki il artıq yaşayırlar.

Şimali Amerika, Avropa və Okeaniyada yaşayan 50-85 yaşlı kişilər və qadınlar üzərində təcrübə aparılıb.

Statistikaya görə, 1950-ci ildə kişi və qadınların ömür uzunluğu arasındakı fərq 2 il 5 ay, 1980-ci ildə isə 4 il 5 ay olduğu müəyyən edilib. 2015-ci ilə qədər fərq azalaraq təxminən iki il təşkil edib.

Kişilərin ömrünün daha qısa olmasının əsas səbəbi tütün çəkməsidir. Kişilər daha əvvəl siqaret çəkməyə başlayırlar və qadınlardan daha çox siqaret çəkirlər.

Tədqiqatda deyilir: “Əvvəl kişilər siqaret çəkirdilər və siqaretdən ölməyə başladılar. Sonra qadınlar da siqaret çəkməyə başladılar və bu, onların ölümlərinə səbəb oldu”.

Oxuməni.az