Sudan tullanan balıq oğlanın boynunu deşdi

Sudan tullanan balıq oğlanın boynunu deşdi

23 Yanvar 2020 14:57
Bəyəndim (2) Bəyənmədim (0)

Balıq ovuna çıxan 16 yaşlı indoneziyalı Məhəmməd İdul möcüzə nəticəsində sağ qalıb.

“Faktı” xəbər verir ki, dənizdə olarkən gözlənilmədən sudan tullanan sarqan balığı oğlanın boynunu və kəlləsinin arxasını deşib.

Nəticədə M.İdul qayıqdan suya yıxılıb və boynuna ilişmiş balıqla sahilədək üzə bilib.

Oğlanı Baubau şəhərinin xəstəxanasına çatdırıblar. Lakin buradakı həkimlər balığı oğlanın boynundan çıxarmağa qorxublar.

Sulavesi adasına nəql edilən M.İdulu Makasar şəhərinin xəstəxanasında əməliyyat ediblər.

Oxuməni.az