Daha bir ölkədə Rusiya himni səhv səsləndirildi
Yaxın Şərq ölkələrində Rusiya himninin ifa olunması zamanı yaşanan gülməli vəziyyətlərdən biri də əlavə olunub. Bu dəfə hadisə Fələstində yaşanıb.
Bu barədə kadrlar “Ruptly” agentliyi tərəfindən yayımlanıb.
Videodan görünür ki, Fələstin orkestri Rusiya Federasiyası Prezidenti Vladimir Putinin gəlişi ilə əlaqədar ölkənin himnini çalmağa çalışıb. Lakin nəticədə mənasız bir musiqi səslənib.
Qeyd edək ki, bundan əvvəl analoji hadisə Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliyində və Misirdə yaşanmışdı.
Oxuməni.az
Digər xəbərlər